Qubada TIR qəza törətdi: Yaralı var - Fotolar
15 Dek 2019 17:58
131

Qubada TIR qəza törətdi: Yaralı var - Fotolar

Qubada yük avtomobili qəza törədib. 

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonunun Heydər Əliyev prospektində baş verib.  Yüklə dolu TIR dairəvi yolda dönərkən qəza törədib.  

Avtomobilin sürücüsü 35 yaşlı Dağıstan Respublikasının Qayakənd kənd sakini Aliyev Artur Aliyeviç ağır xəsarət alıb.  Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəstəyə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  /oxu.az

 

 



Oxşar xəbərlər