Qubanın kəndində nə baş verir? -  Girişdə postlar quruldu + Fotolar
19 Sen 2020 22:44
5192

Qubanın kəndində nə baş verir? - Girişdə postlar quruldu + Fotolar

Qubanın Dəlləkli kəndində yanğınlar baş verib.

Yenisabah.az xəbər verir ki, buna görə kəndin girişində postlar qurulub. Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin 4 yerində yanğın olub.  Kənd sakinlərinə məxsus tayaları və tövlələri yandırıblar. Gün ərzində 4 ayrı yerdə yanğınlar baş verib.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qəsdən törədilməsi güman edilir. Məsələni polis araşdırır.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də baş çəkib.

FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını tez bir zamanda söndürə bilib. Kəndə polis nəzarət edir.

/Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər