Qüdrət Həsənquliyevin müavini Sərdar Cəlaloğlunu təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyevin müavini Sərdar Cəlaloğlunu təhqir etdi

Siyasət

04 Dekabr 2025 17:04 1949


“Sərdar Cəlaloğolu yenə qatıqlayıb. Qüdrət bəy Azərbaycan Xalq Cəbhəsi Partiyasında Elçibəyin müşaviri, Rəyasət Heyətinin üzvü olub, Əli Kərimli ilə yolları 2001-ci ildən ayrılıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı bildirib.

O qeyd edib ki, amma həmin dövrdən sonra Sərdar Cəlaloğlu dəfələrlə Əli Kərimli ilə eyni siyasi blokda təmsil olunub: Pepperoni pizza

“İctmai siyasi həyatda şər qüvvə kimi tanınan bu ünsür, pəncərəsinə qaşıq çırpılan tək partiya sədridir! Rəsul Quliyev bu avantürüstün çevriliş palanlarına inanıb Bakıya dönsəydi indi həbsdə çürüyürdü”.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, "Əli Kərimli-Ramiz Mehdiyev" əlaqələri ilə bağlı Milli Şura üzvlərinin istintaqa cəlb olunmasını vacib sayıb.

O, eyni zamanda təklif edib ki, Əli Kərimlinin vaxtilə müavini olmuş və hazırda Milli Məclisin deputatları olan - Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əli Məsimli də istintaqa cəlb edilsin. S.Cəlaloğlu bu şəxslərin vaxtilə Ə.Kərimlinin maliyyələşdirilməsi və onunla Ramiz Mehdiyev arasında rabitəni təmin etdiklərini söyləyib.  

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!