Qüdsdə “Ağlama divarı” qarşısında alt paltarında gəzən qadın saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Qüdsdə “Ağlama divarı” qarşısında alt paltarında gəzən qadın saxlanılıb

Dünya

13 Fevral 2023 07:45 877


Qüdsdə alt paltarında Qərb Divarının (“Ağlama divarı”) yaxınlığında gəzən qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.

Bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzi rayon sakini 35 yaşlı qadın alt paltarında “Ağlama divarı”nın yanından keçərkən saxlanılıb. Dominos pizza

Polisin mətbuat xidməti vurğulayıb ki, qadın “müqəddəs yeri qəsdən təhqir etməkdə” şübhəli bilinir. Mümkün cəza barədə məlumat yoxdur.

Qeyd edək ki, yəhudilərin müqəddəs məkanı olan “Ağlama divarı”nın yaxınlığında davranış qaydaları təvazökar geyinməyi, ayaqları və çiyinləri, kişilər üçün isə başı örtməyi tələb edir. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!