Qulaqda səs-küyü azalda bilən dörd məhsul

saytların hazırlanması

Evə çatdırılma

Qulaqda səs-küyü azalda bilən dörd məhsul

Şou

26 Mart 2025 09:19 458


Böyük Britaniyalı alimlər müəyyən qida məhsullarının qulaqda səs-küyün (tinnitus) azalmasına kömək edə biləcəyini aşkar ediblər.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, "BMJ Open" elmi jurnalında dərc edilən araşdırmaya görə, meyvələr, qida lifləri, süd məhsulları və kofeinin müntəzəm qəbulu bu xəstəlikdən əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdıra bilər.

Araşdırmanın nəticələrinə əsasən, meyvələrin artırılmış qəbulu tinnitus hallarını 35%, qida lifləri isə 9% azaldır. Süd məhsulları qəbulunun artırılması 17% effektivlik göstərir. Kofein qəbulu isə 10% nəticə verir. pizza

Alimlər qeyd edirlər ki, müsbət nəticələrə baxmayaraq, dəqiq səbəb-əlaqəni müəyyən etmək üçün əlavə tədqiqatlar lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!