DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək? - AÇIQLAMA

Sosial

25 May 2026 19:14 579


Qurban bayramı ərəfəsində bir çox işçiləri düşündürən əsas məsələlərdən biri də müəssisələr tərəfindən əlavə bayram ödənişlərinin verilib-verilməyəcəyidi. Bəzi şirkətlər əməkdaşlarını bayram münasibətilə mükafatlandırsa da, digərlərində belə bir praktika tətbiq olunmur. Maraqlıdır, işçilərə bayram bonusu və ya maddi yardımın verilməsi qanunla məcburidirmi, yoxsa bu, yalnız rəhbərliyin qərarından asılıdır?

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qanunvericilikdə müəssisələrin işçilərə əlavə bayram ödənişi etməsinə imkan verən müddəalar mövcuddur:

“Qanunda nəzərdə tutulub ki, bu, müəssisə rəhbərliyinin qərarı əsasında həyata keçirilə bilər. Dövlət müəssisələrində və büdcə təşkilatlarında məsələ fərqli tənzimlənir. Çünki onlar büdcədən asılıdırlar. Özəl sektorda isə tamamilə rəhbərliyin qərarından asılıdır. pizza hut

Bir çox şirkətlərdə belə bir prosedur nəzərdə tutulub. Bayram payı verilir, əlavə ödənişlər olunur. Amma bu, bütün iş yerlərinə aid deyil və məcburi xarakter daşımır”.

Natiq Cəfərli qeyd edib ki, işçilər bu ödənişlərin verilməməsi ilə bağlı hüquqi tələb irəli sürə bilməzlər. Çünki bu, qanunda sərt tələb kimi göstərilmir və müəssisə rəhbərliyinin qərarına bağlı məsələdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!