Qurban Qurbanov futbolçusunun “Seltik“ə transferindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov futbolçusunun “Seltik“ə transferindən danışdı

İdman

08 İyul 2026 19:59 63


"Kamilo Duran "Seltik"də tibbi müayinədən keçib".

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, hazırda müqavilə ilə bağlı bəzi prosedurlar davam edir: Dominos pizza

"Bu proseslər tamamlandıqdan sonra o, komandadan ayrılacaq. Kamilo bizim ən yaxşı oyunçularımızdan biri idi. Avrokuboklarda özünü həmişə yaxşı tərəfdən göstərirdi. Belə bir futbolçunun getməsi bizim üçün itkidir. Ancaq gələcəyə yönəlik qazancımız da var. Azərbaycana, xüsusilə "Qarabağ"a gələn oyunçuların bir çoxu sonradan xaricə transfer olunub. Bu, futbolumuza və klubumuza olan diqqəti artırıb. İstərdim ki, heyətimdə Duran kimi oyunçum olsun".

Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!