Nazirlər Kabinetinin 324 nömrəli qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Karantin müddətinin bitməsinə bir aydan bir qədər çox müddət qalıb.
Ehtimal oluna bilər ki, növbəti ildən ölkə ərazisində xüsusi karantin rejimi ləğv edilsin. Bununla yanaşı, karantin rejiminin yerdə qalan qadağa və tələbləri də aradan götürülsün. Vətəndaşları ən çox maraqlandıran məsələ isə Azərbaycanın quru sərhədlərinin bağlı qalması və bu qadağanın da nə vaxt götürüləcəyidir. Dördpendirli pizza
Grəsən, quru sərhədləri açılarsa, yoluxma sayı yenidən arta bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan infeksionist Mərdan Əliyev deyib:
“Bizim ölkədə epidemioloji vəziyyət bilirsiniz ki, sabitdir. Quru sərhədlərin açılması qonşu ölkələrlə gediş-gəlişi təmin edir və qonşu ölkələrdə də hazırda koronavirusla bağlı ciddi problemlər yoxdur. Buna görə də, düşünmürəm ki, quru yollarının açılması bizdə hər hansı epidemioloji vəziyyətə təsir göstərsin.
Nəzərə alsaq ki, bizdə onsuz da təyyarə reysləri var və bu reyslər bütün dünya ölkələri ilə əlaqəlidir, bu sərhədlərin açılmasında problem olmamalıdır. Azərbaycandan Şərq ölkələrinə, hətta Çinə də gediş-gəliş var”.
Əsmətxanım
Telegram kanalımız