Ramal illər sonra qardaşının çılpaq qızlarla yayılan videosundan danışdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ramal illər sonra qardaşının çılpaq qızlarla yayılan videosundan danışdı - VİDEO

Şou

10 Fevral 2025 16:44 1202


Müğənni Ramal İsrafilov qardaşı Valeh İsrafilovun illər əvvəl yayılan qeyri-etik videosundan danışıb. 

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Günaydın, Azərbaycan!" verilişində bəhs edib. O bildirib ki, Valehin həmin videosundan sonra valideynlərinin səhhətində problem yaranıb:

"Valideynlərin hissləri ilə oynayırlar. Bir hadisə oldu, Valehin, Mələkxanımın (Xalq artisti, bibisi Mələkxanım Eyubova - red.) adı hallandı. Bu başqa bir insanın sifarişi ilə olan bir şey idi. O şeyləri bağlayaq. Hər dəfə biz bir paylaşım edəndə altından bunu yazırlar. Həmişə evdən çıxanda atam deyirdi, ağac bar verdikcə başını aşağı əyər. Harasa gedəndə deyirlər, balaca qardaşının filan videosu yayılmışdı. Kim olsaydı çıxıb danışardı. Başımız qarışdı valideynlərimizə: atam da, anam da şəkər oldu.  İnsan ətrafa baxanda, bir bəyə, xanıma baxanda ailəsini görməlidir. Biz harasa gedəndə başımızı aşağı salıb məclis idarə edirik". pizza

Qeyd edək ki, bir neçə il əvvəl sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videonu yayanlar arasında Valeh İsrafilov da yer alıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!