Ramil Usubov müxalifətin mitinqindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov müxalifətin mitinqindən danışdı

Siyasət

29 Yanvar 2019 00:19 1703


Daxili işlər naziri Ramil Usubov müxalifətin keçirdiyi kütləvi aksiyalara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, nazirliyin kollegiya iclasında çıxış edən nazir  son günlər müxalifəti təmsil edən qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib. Nazirliyin yaydığı xəbərdə deyilir ki, o, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, "polis qorxdu", "hökumət geri çəkildi" kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb: “Ötən 26 ildə məhz bu iqtidarın həyata keçirdiyi müdrik siyasət nəticəsində xaosa, anarxiyaya son qoyulub. Ermənistanın ölkəmizə təcavüzünün qarşısı alınıb, insanların pozulmuş hüquqları, dövlətə, hakimiyyətə, gələcəyə olan inamı bərpa edilib. Lakin respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər.

Onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər. Milli maraqlarımıza zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq- mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacaq”. Pepperoni pizza

R. Usubov bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!