Ramin Bayramlı “Semaşko“nun direktorunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Ramin Bayramlı “Semaşko“nun direktorunu işdən çıxardı

Sosial

28 Aprel 2021 15:39 1024


Xəbər verdiyimiz kimi, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Yenisabah.az xəbər verir ki, R.Bayramlının başqa bir əmrilə İlham Qafarov Bakıdakı 1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru vəzifəsindən azad olunub.

Bu vəzifəyə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov gətirilib. Sezar pizza

1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad olunmuş İ.Qafarov direktor müavini vəzifəsinə keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!