Ramiz Əzizbəyli: “Həkimlər ikinci ayağımı kəsməkdə qərarsızdırlar“

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Əzizbəyli: “Həkimlər ikinci ayağımı kəsməkdə qərarsızdırlar“

Şou

06 Fevral 2019 15:43 1124


"Özümü yaxşı hiss edirəm. Hələlik yataqdayam. Yanıma gəlmək olmaz"

"Yeni Sabah" “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bunu bir müddət əvvəl ayağından əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli söyləyib.

Ayağındakı problemlə bağlı Xalq artisti bunları əlavə edib: Sezar pizza

“Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələlik fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələlik biz onların cavabını gözləyirik”.

R.Əzizbəylinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı amputasiya edilməyəcək.

Xalq artisti səhhətindəki ümumi vəziyyətdən də söz açıb:

“Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!