Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ramiz Göyüşovun son istəyi: “Xahiş edirəm...”
11 Sen 2021 08:07
15319

Ramiz Göyüşovun son istəyi: “Xahiş edirəm...”

“Bilirəm bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri, partiya sıralarından çıxarılan Ramiz Göyüşov özünün "Facebook" səhifəsində yazıb.

O, Baş Prokurorluğun “Azadinfo.az”saytının rəhbəri Ələkbərov Mahir Məmmədhəsən oğlu ilə bağlı yaydığı xəbəri paylaşıb və izləyicilərindən məlumatı oxumalarını xahiş edib. 

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci ildə “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək ondan pul tələb edib. O, 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər