Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib - Video
23 May 2020 11:13
316

Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib - Video

Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

Bu barədə “Komsomolskaya pravda” mənbəsinə istinadla xəbər yayıb.

Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martan rayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur. 

Çeçenistanda respublika başçısının yoluxma xəbəri təkzib olunub./Oxu.az

Oxşar xəbərlər