Rasim Balayev Elza Seyidcahanla barışmasından danışıb.
Xalq artisti Yenisabah.az-a açıqlamasında Elza Seyidcahanla arasında heç bir qalmaqalın olmadığını bildirib:
"Mənimlə Elza Seyidcahan arasında heç bir qalmaqal olmayıb. Biz savaşmamışıq. Sadəcə, mənə onun şeirləri barədə sual verdilər, mən də "belə şeir yazarlar?" tənqidi-ritorik sualını verdim. Dördpendirli pizza
Məni verilişə dəvət etdilər. Mən də məndən başqa kimlərin olacağını soruşmadan dəvəti qəbul etdim. Verilişdə Elza Seyidcahan mənə şeirlər toplusundan ibarət adını bilmədiyim kitabını hədiyyə etdi. Hələ ki oxumamışam. Amma oxuyacağam".
Elza Seyidcahan "Ötən günlər" proqramında aktyor Rasim Balayevin alnından öpdüyü şəkillərini instaqram hesabında paylaşıb. İzləyiciləri bəstəkar-müğənninin bu hərəkətini səmimi qarşılayıb.
İmamət İSMAYILOVA
Telegram kanalımız