Xalq artisti Rasim Balayev Şəfiqə Məmmədovadan üzr istəyib.
O, məsələyə son qoyulmasını xahiş edib: Sezar pizza
“Mənim dost qazanan vaxtımdır, düşman qazanan yox. Mən səhvimi başa düşdüm. Səhv eləmişəm, zəng etdim Şəfiqə Məmmədovadan üzr istədim. Ondan məni bağışlamasını istədim. Biz barışmışıq, xahiş edirəm bunula bağlı daha saytlar mənə zəng etməsinlər. Biz uzun illər bir yerdə işləmişik. Əsəbi vaxtıma düşüb, pis danışmışam. İnsanıq səhv olur, əsas odur səhvi başa düşəsən.”
Qeyd edək ki, bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunurdu.Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi. Lakin bu əsasla bir çox sənətlarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi.
Bizimyol.info
Telegram kanalımız