“Recep İvedik” obrazı ilə məşhurlaşan türk aktyor Şahan Gökbakar keçmiş komediya aktyoru olduğu üçün ölkəsini idarə edə bilmədiyi iddiası ilə tənqid edilən Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək verib.
Yenisabah.az xəbər verir ki, Gökbakar Zelenskiyə qarşı deyilən tənqidlərə cavabda bildirib: "O, ölkəsini cəsarətlə müdafiə edir”.
Şahan Gökbakar “Twitter” hesabında yazıb: pizza sifarişi
“Mənə və digər komediyaçılara şərh yazanlar “Bir komediyaçı ölkəni idarə edəndə belə olur, ölkə işlərinə qarışmayın" deyənlərə bildirmək istəyirəm ki, Zelenski cəsarətlə və təkbaşına ölkəsini müdafiə edir! Görəsən, atıb-tutan, hər kəsi “səhv” çıxarmağa çalışan dünya liderləri haradadır? Kim daha cəsarətlidir?"
Telegram kanalımız