Region sahibkarları üçün yeni dövlət dəstəyi

saytların hazırlanması

Evə çatdırılma

Region sahibkarları üçün yeni dövlət dəstəyi

İqtisadiyyat

14 İyul 2026 15:29 56


Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən iş adamları üçün dövlət tərəfindən yaradılan yeni güzəştlər və dəstək alətləri açıqlanıb. Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Balakən şəhərində sahibkarlarla keçirdiyi görüşdə məlumat verilib.

“Yeni Sabah” xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin də iştirak etdiyi tədbirdə özəl sektorun regionlardakı fəallığının artırılması və yeni mexanizmlərin əhəmiyyəti vurğulanıb.

Təqdim olunan yeni mexanizmlər regional istehsalın artırılması və ixrac potensialının gücləndirilməsi məqsədilə bir neçə mühüm istiqaməti əhatə edir: pizza hut

İxracatçılara nəqliyyat və gömrük güzəşti: Yerli qeyri-neft mallarını xarici bazarlara çıxaran sahibkarların daşıma xərclərinin 50%-dən 70%-nə qədər hissəsi 10 il müddətinə dövlət tərəfindən ödəniləcək. Həmçinin mikro, kiçik və orta sahibkarların gömrük rəsmiləşdirilməsi xərcləri 5 il müddətinə kompensasiya ediləcək ki, bu da ixrac məhsullarının maya dəyərini aşağı salacaq.

Kreditlərə zəmanət və faiz subsidiyası: Bakı və Abşeron istisna olmaqla, ölkənin bütün bölgələrində manatla kredit götürən sahibkarlara dövlət zəmanəti veriləcək. Üstəlik, kredit faizlərinin yarısı (50%-i) dövlət büdcəsi hesabına ödəniləcək. Bu mexanizm 2030-cu ilə qədər qüvvədə olacaq.

İşıq şəbəkəsinə yarıbayarı qoşulma: 2027–2030-cu illərdə yeni sənaye və kənd təsərrüfatı sahələri quran sahibkarların elektrik şəbəkəsinə qoşulma haqqının 50%-i dövlət büdcəsindən qarşılanacaq.

İri layihələr üçün "vahid pəncərə": Strateji investisiya layihələrinin daha sürətlə icra edilməsi məqsədilə xüsusi Komissiya yaradılıb. Yeni sistem sayəsində sənədləşmə və əlaqələndirmə işləri sürətlənəcək, layihələrin reallaşma müddəti təxminən 30-40% qısalacaq.

Tədbirin sonunda sahibkarların rəy və təklifləri dinlənilib, biznes nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!