“Gəncəyə raket hücumu Ermənistanın danışıqlar kontekstində Azərbaycana təzyiq göstərmək cəhdidir. Çünki yekun nəticədə İrəvanda Bakının Dağlıq Qarabağ ərazilərini və bitişik bölgələri geri qaytarmaq fikrində ciddi olduğunu başa düşürlər və münaqişə zonasından kənar bölgələrə raket zərbələri ilə Azərbaycan əhalisini ruhdan salmağa çalışırlar”.
Yenisabah.az xəbər verir ki, bunu ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib.
“Yaşayış məntəqələrinin atəşə tutulması bir çox cəhətdən hibrid müharibə üsuludur ki, bununla da Azərbaycan daxilində cəmiyyəti parçalamaq, ərazilərin geri qaytarılması fikrindən daşındırmaq istəyirlər. Digər yandan, əsas regional liderlərin belə hadisələrə laqeyd yanaşması münaqişəni yalnız alovlandırır”, - o bildirib. (Report) Marqarita pizza
Telegram kanalımız