“Rəhim Qazıyevi düzgün olaraq həbs etdilər” – Keçmiş icra başçısından çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Rəhim Qazıyevi düzgün olaraq həbs etdilər” – Keçmiş icra başçısından çağırış

Siyasət

14 İyul 2020 14:56 895


“Dostlarıma müraciət etmişəm ki, sosial şəbəkələrdə təxribatçı yazılar, rəylər yazmayın”. 

Bu sözləri Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib.  O əlavə edib ki, indiki həssa dövrdə hər kəs məsuliyyətli olmalıdır. 

“Dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Rəhim Qazıyevi təxribatçı rəy və fikirlər səsləndirdiyinə görə həbs ediblər. Çox düz ediblər. Bu, hər kəsə dərs olmalıdır. İndiki həssas məqamda hər kəs məsuliyyətli olmalı, şəxsi ambisiyalarını kənara qoymalı, intriqalardan uzaq olmalıdır.  pizza hut

Düşünürəm ki, təxribatçılar cəzasız qalmamalıdır. Sosial şəbəkələr, o cümlədən mətbuat, internet media aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir. 

Özfəaliyyətə son qoymalıdır. Bütün Azərbaycan vətəndaşları cənab Prezidentin , Ali Baş Komandanın ətrafında sıx birləşib dünyanı bürüyən koronavirus pandemiyası və erməni faşizmi ilə mübarizəyə qalxmalıdır. Yolumuz haqq yoludur, qələbə və uğur bizimlədir!”, - deyə keçmiş icra başçısı vurğulayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!