Bir neçə gün öncə ARB telekanalında yayımlanan "Maqazin Plyus" verilişində mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi olduğu iddia olunan qız haqda süjet yayımlanıb.
Yenisabah.az xəbər verir ki, çəkiliş komandası Rəhim Rəhimli haqda süjet yayımlamaq məqsədi ilə onun məzarı üstə olub və təsadüfən Rəhimlə eşq yaşadığı iddia edilən xanımı məhz qəbrüstə görərək lentə alıb. Həmin xanım da müğənninin şəxsi həyatı haqda bir sıra açıqlamalar edib.
Bu gün Rəhimin ən yaxın dostlarından olan teleaparıcı Zemfira Adıgözəlova süjeti "saxta şou" adlandırıb: pizza sifarişi
"Ayıbdır! Vallah, ayıbdır! Reytinqə görə ölünün üzərində səhnəcik qurub, şou etmək! İşinizə hörmət etmirsinizsə, heç olmasa Rəhimin ailəsinə hörmət edin. Hələ bu aktrisaya baxın".
Telegram kanalımız