Rəisi sərhədlərdə istənilən dəyişikliyi “qəbuledilməz“ adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rəisi sərhədlərdə istənilən dəyişikliyi “qəbuledilməz“ adlandırdı

Dünya

17 Sentyabr 2022 10:20 1263


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında görüşdə Cənubi Qafqaz mövzusu da müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Prezidentinin dəftərxanası məlumat yayıb.

Tərəflər Türkiyə prezidentinin Tehrana son səfəri və iki ölkə arasında 7-ci İqtisadi Əməkdaşlıq Şurasının keçirilməsi zamanı əldə olunmuş razılaşmaları nəzərdən keçiriblər. İmzalanmış sazişlərin həyata keçirilməsinin sürətləndirilməsi qərara alınıb. pizza

Səmərqənd görüşündə, həmçinin Suriya, Əfqanıstan problemləri və Qafqazdakı prosesləri müzakirə edilib.

İbrahim Rəisi Qafqazda baş verən proseslərə toxunaraq, İslam Respublikasının Qarabağın azadlığa qovuşmasını və bölgənin yenidən qurulmasını alqışlayıb. Prezident regionun beynəlxalq hüquqla tanınan, tarixi və geosiyasi sərhədlərində hər hansı dəyişikliyi "qəbuledilməz" adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!