Rejissorun qızı atasının son vəziyyətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rejissorun qızı atasının son vəziyyətini açıqladı

Şou

15 May 2023 15:30 792


Əməkdar artist, kinorejissor Elxan Qasımovun ağciyərləri süni ventilyasiya cihazından ayrılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə kinorejissorun qızı Kəmalə Qasımova danışıb.

Onun sözlərinə görə, atası hələ də reanimasiyadadır və böyrəkləri dializ olunur: pizza mizza

“Ehtiyac olduqda qan köçürülür. Ağciyərləri süni ventilyasiya cihazından ayrılıb. Ümumi vəziyyəti nəzarətdə saxlanılır. Hərdən ayılıb, gözünü açır. Amma hələ ki danışa bilmir. Danışdırmaq da olmaz. Boğazında traxeostomik boru var. Həkimlər dəqiq söz deyə bilmir. Vəziyyətində cüzi irəliləyiş var, amma kritik mərhələ tam bitməyib. Çoxlu qan itirib deyə, bədəni zəifləyib”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!