Renka dalaşdığı prodüser barədə: "O, tutulanda mən çox pis olmuşdum"

Renka dalaşdığı prodüser barədə:
Avq 23, 2019 15:45
Oxunma sayı: 118

Rəqqasə Rəna Ağamuradova (Renka) “Hər şey daxil” verilişinin qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, efir zamanı aparıcı Tolik Renkaya prodüser Təranə Səmədova ilə arasında yaşadığı qalmaqalı xatırladaraq ondan kin saxlayıb-saxlamadığını soruşub:

“Təranə cəzaçəkmə müəssisəsinə yatdı, çıxdı. İnsan kimi onu bağışladın? O tutulandanda ürəyin yandı?”

Rəqqasə isə cavabında prodüsserə qarşı kin saxlamadığını bildirib:

“Mən əslində çoxdan ona qarşı kin saxlamamışam. O, tutulanda mən çox pis olmuşdum. Uşağına görə pis olmuşdum, uşağın heç bir günahı yoxdur. Mən düşmənimə də bunu arzulamıram. Qadınlar belədir, danışırlar, öz hirslərini çıxardırlar. Hər şey düzəldi, şükür Allaha, inşallah bundan sonra hər şey yaxşı olacaq, hər şey düzələcək. Mən ona bir qadın kimi xoşbəxtlik arzulayıram”.

Xatırladaq ki, rəqqasə Təranə Səmədova ilə  "Top ulduzlar" adlı proqram üçün Şamaxıya yollanmışdılar. Verilişlə bağlı keçirilən mətbuat konfransında Təranə ilə Renka dalaşmağa başlayıb. Onların həmin an lentə alınan videoları sosial şəbəkədə böyük səs-küyə səbəb olmuşdu.

Əsmətxanım

Yenisabah.az