Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rəqibə kəllə atan “Qarabağ“ın oyunçusunu ağır cəza gözləyir
14 Fev 2021 12:13
403

Rəqibə kəllə atan “Qarabağ“ın oyunçusunu ağır cəza gözləyir

Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin müdafiəçisi Kevin Medinanı ağır cəza gözləyir.

Yenisabah.az xəbər verir ki, kolumbiyalı futbolçu matçın 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Qaydaya əsasən, belə hərəkət bir futbolçu tərəfindən digər futbolçuya qarşı yönəlirsə, onu 3-4 oyunluq cəza gözləyir.

Matçın 22-ci dəqiqəsində Maksim Medvedyevə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Ömər Buludova isə 2 oyunluq cəza verilə bilər. Azərbaycan derbisində 2-ci sarı vərəqədən sonra "qırmızı" alan "Neftçi"nin digər oyunçuları Mamadu Kane və Voyislav Stankoviçə isə 1 oyunluq cəza veriləcək.

Qeyd edək ki, qərarları AFFA İntizam Komitəsinin gələn həftə açıqlayacağı gözlənilir.

Rəqibə kəllə atan “Qarabağ“ın oyunçusunu ağır cəza gözləyir
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər