Aysellə bağlı xəbərə müğənni Natavan Həbibidən sonra rəqqasə Fatimə Fətəliyeva da reaksiya verib.
"Yeni Sabah"ın məlumatına görə, rəqqasə son günlər adı 13 illik ailəni dağıtmaqda, evli kişi ilə münasibətdə olmaqda hallanan ifaçıya dəstək olub:
"İllərdir səni tanıyıram və necə olduğunu bilirəm. Ən əsası qəlbinə bələdəm. İnşallah, bu qara xətt tez bir zamanda sənin üstündən keçər. Kiminsə şəxsi həyatına qarışmağa haqqımız yoxdur. Düşünün ki, o, Azərbaycan qızıdır. Bu qədər də zərbə vurmaq olmaz. Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız yoxdur. Biz şou-biznesin içində ola bilərik, amma bizim də özəlimiz var. Marqarita pizza
Onun da özəlini bilmirik. Hansı haqla kimisə yarqılayırıq. Evi, maşını var, kimə nə? Bu xanım sənət adamıdır, ala bilməz? Mütlək nəsə olmalıdır? Əl çəkin bu qızdan. Ən əsası qızın psixologiyasını, ailəsini düşünün. O da kiminsə övladıdır. Yetər. Sənət adamları, məncə belə söhbətlərdə bir olmalıyıq".
Telegram kanalımız