Rəqsanə Təranə Səmədovanın qızının doğum gününü belə qeyd etdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə Təranə Səmədovanın qızının doğum gününü belə qeyd etdi - VİDEO

Şou

05 Avqust 2026 10:04 93


Rəqsanə İsmayılova həbsdə olan prodüser Təranə Səmədovanın kiçik qızı Adellə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı Təranənin böyük qızı Suellə birlikdə uşaq evinə gedərək Adelin doğum gününü qeyd edib.

O bu təşəbbüsün bir hissəsi olmaqdan böyük xoşbəxtlik duyduğunu bildirib: Marqarita pizza

“Bu gün mənim öz balalarım kimi sevdiyim Suel və Adel üçün çox özəl bir gün idi. Adelin doğum gününü 5 saylı Uşaq Sanatoriyasında qeyd etmək və bu gözəl təşəbbüsün bir parçası olmaq mənim üçün böyük xoşbəxtlik oldu. Bu xeyirxah təşəbbüsün həyata keçməsində əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm”.

Müğənni daha sonra uşaqlara xoş arzularını çatdırıb:

“Əziz Suel və Adel, həyatınız həmişə gözəl, işıqlı və mənalı olsun. Böyüdükcə uğurlarınızla, gözəl qəlbinizlə və insanlığınızla hər zaman qürur duyacağım övladlar olmağınızı arzulayıram. Sizin xoşbəxt gülüşünüzü görmək, arzularınızın bir-bir gerçəkləşdiyinə şahid olmaq mənim üçün ən böyük sevincdir. Allah sizi və bütün balalarımızı qorusun. Üzərinizdən təbəssüm, qəlbinizdən sevgi və sevinc heç vaxt əskik olmasın. Sağlam, xoşbəxt, uğurlu və sevgi dolu bir ömür yaşayasınız", – deyə Rəqsanə İsmayılova paylaşımında qeyd edib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!