Rəşad Məcid: Mətbuat Şurasına 815 şikayət daxil olub

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Məcid: Mətbuat Şurasına 815 şikayət daxil olub

Sosial

16 Oktyabr 2026 10:37 89


Azərbaycan jurnalistlərinin VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanan materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycan jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O qeyd edib ki, Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb. Qərarlarda, əsasən, jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşdıqları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Pepperoni pizza

“Onu da bildirək ki, Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilən şikayətlərin sayından təxminən 2 dəfə çoxdur. Bununla belə, şifahi qaydada, tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədərdir”, - Rəşad Məcid bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!