Rəşad Xalıqov işdən çıxarıldı -   Yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Xalıqov işdən çıxarıldı - Yeni vəzifə verildi

İqtisadiyyat

20 Fevral 2026 16:06 1197


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. 

Nazirin digər əmri ilə R.Xalıqov nazirliyin Rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri təyin edilib. pizza mizza

Qeyd edək ki, R.Xalıqov 1988-ci ildə Bakı şəhərində anadan olub.

O, 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində kompüter mühəndisliyi üzrə bakalavr və magistratura pillələrində təhsil alıb.

R.Xalıqov Fransa və Azərbaycanda dövlət və özəl sektorda mühəndislik, informasiya texnologiyaları üzrə rəhbər vəzifələrdə işləyib, 2013-2020-ci illərdə Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 2020-ci ildən 2021-ci ilin aprel ayınadək Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edib. 2021-ci ildə “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir olub.

2022-ci ilin oktyabr ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini vəzifəsində işləyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!