Rəsmi Bakı Minsk qrupunun ləğvini gözləyir - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı Minsk qrupunun ləğvini gözləyir - Nazir müavini

Siyasət

14 Mart 2025 15:37 227


Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir: Pepperoni pizza

“Hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT-ə müraciət edə bilər. Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq, bu barədə bir müddətdir təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!