Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Yerevanda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Karasin görüşdən sonra jurnalistlərə açıqlama verib.
O, danışıqlar zamanı Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğulayıb: "Minsk Qrupunun həmsədrləri hazırda bu məsələnin üzərində işləyir. Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substansiv olsun, real nəticələr və irəliləyiş əldə edilsin”. Pepperoni pizza
Rusiyalı diplomat deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasında dönüşün nə zaman əldə ediləcəyi məsələsində realist olmaq lazımdır. Onun fikrincə hamı dönüşün tez əldə edilməsini istəyir, amma sağlam düşüncəyə və Azərbaycanla Ermənistanın liderlərinin beynəlxalq cameənin köməyi ilə apardıqları danışıqlara əsaslanmaq lazımdır.
Telegram kanalımız