Rəsul Quliyevdən müxalifətə ittiham: “Kənd jurnalisti Arif Hacılı...”
15 Sen 2020 13:41
2333

Rəsul Quliyevdən müxalifətə ittiham: “Kənd jurnalisti Arif Hacılı...”

“Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyanı normal yaradıb işlədə bilmirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, buna görə də, Azərbaycanda islahatlar yolu ilə xalqın rəğbətini qazanmaq hökumətin üzərinə düşür.

“Bu günə qədər heç bir işlə məşğul olmayan reytinqsiz Kərimlini, Həsənlini, kənd jurnalisti Hacılını - Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökumətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər - yuxarıdan tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə lazımdır. 

Xəstə Tofiq Yaqubluya (etdiyi cinayət əgər həqiqətdirsə) o səviyyədə həbs cəzası vermək kimə lazımdır. Onu maksimum cərimələmək və ya şərti iş vermək olardı.

Xalqın etimadını qazanmaq üçün korrupsiya və rüşvətlə real mübarizə davam etdirilməli və fundamental reformalar başlanmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər