Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Rəzil bir duruma düşüb, 10 il özünə gələ bilməyəcək...”  - Deputat
27 Avq 2021 10:40
4326

“Rəzil bir duruma düşüb, 10 il özünə gələ bilməyəcək...” - Deputat

"Ermənistanda həm SSRİ dağılandan sonrakı dövrdə, həm də indi əhalinin ölkəni tərk etdiyini müşahidə etmişik. Ötən il sentyabr ayının 27-i başlayan və 44 gün davam edən müharibədən sonra Ermənistanda vəziyyət daha acınacaqlı hal alıb". 

Bu sözləri Yenisabah.az-a açıqlamsında Milli Məclisi deputatı Cavid Osmanov deyib. O, hazırda Ermənistanda böhran sürdüyünü qeyd edib:

“Ermənistanda açıq şəkildə siyasi, sosial, hərbi, yəni bütün sahələrdə böhranın hökm sürdüyünü görürük. Ermənistan bölgənin ən prespektivsiz ölkəsidir. Azərbaycan prezidentinin düzgün siyasəti nəticəsində Ermənistan bütün layihələrdən kənarlaşdırılıb və daxildən talan olunan bir ölkəyə çevrilib.

44 günlük müharibə dövründə Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında erməni silahlı qüvvələrini darmadağın etdi. Doğma torpaqlarımıza qovuşduq. Azərbaycan həm diplomatik müstəvidə, həm də döyüş meydanında qalibiyyət əldə etdi. Ermənistan hazırda daha rəzil bir duruma düşüb və heç bir prespektivi olmayan ölkədir. Müharibədən xeyli müddət keçməsinə baxmayaraq, erməni höküməti tərəfindən atılan addımlar bu ölkənin ən azı 10 il özünə gələ bilməyəcəyinin sübutudur. Bu səbəbdən kim imkan tapırsa ölkəni tərk edir, öz prespektivini xaricdə görür. Bu proses uzun müddət davam edəcək.  

Ermənistan hökuməti bir zamanlar xalqını aldadaraq “Böyük Ermənitan” yaradılacağını ortaya atmışdı. Erməni xalqı gördü ki, bu xəyallar cəmi 44 gün içində yox oldu. Bu gün Ermənistanın daxilində yenidən İslamafob, Türkafob, Azərbaycanafob meyillər aşılanmağa başlayıb. Revanş ritorikasından çıxış edən qüvvələr meydana gəlib. Bütün ermənilər görür ki, bunlar heç də yaxşı prespektiv vəd etmir. Daha pis vəziyyətə düşəcəklərini bilirlər. Bu səbəbdən kimin imkanı var ölkəni tərk edir, qaçır”.

Mehri Qurban

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər