Rihanna altı il sonra musiqiyə qayıtma səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rihanna altı il sonra musiqiyə qayıtma səbəbini açıqladı

Şou

02 Noyabr 2022 07:10 803


Məşhur pop müğənni Rihanna uzun illər sonra musiqiyə qayıtmaq səbəbini açıqlayıb.

Belə ki, “Qara Pantera: Əbədi Vakanda” (“Black Panther: Wakanda Forever”) layihəsinin saundtreki ilə altı illik fasiləyə son verən aktrisa bunu 2020-ci ildə onkoloji xəstəlikdən vəfat edən Çedvik Bouzmanın xatirəsini yad etmək üçün etdiyini bildirib.

Sözügedən filmin rejissoru Rayan Kuqler mahnının ifası üçün məhz Rihannanın seçilməsinin təsadüfi olmadığını açıqlayıb. Sezar pizza

“Biz filmin hekayəsini danışa bilən, mövzusunu əhatə edən və fərqli “qablaşdırma”da tamaşaçılara təqdim edən böyük sənətkar axtarırdıq. Bunun qadın olması məntiqli idi, çünki bu, ikinci filmin əsas mövzusudur - analıq”, - deyə o bildirib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!