Ronaldo ilə məzələndilər: “Özbəkistan - 0, Portuqaliya - 12 ”

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo ilə məzələndilər: “Özbəkistan - 0, Portuqaliya - 12 ”

İdman

23 İyun 2026 15:49 264


DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Özbəkistanla qarşılaşacaq Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo sosial mediada gülüş obyektinə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, “Facebook”da 5 milyondan çox izləyicisi olan və futbolçularla bağlı sarkazm məzmunlu kontentlər paylaşan “Body Animation” səhifəsi 41 yaşlı ulduzun guya Özbəkistana 12 qol vurması ilə bağlı foto hazırlayıb. Gülməli məqam isə Ronaldonun bütün qolları penaldan vurması olub.

Buna səbəb portuqaliyalı futbolçunun kariyerası boyunca bir çox penalti qolu vurmasıdır. Həmin fakt “anti-Ronaldoçular” üçün məsxərə obyekti sayılır. Sezar pizza

Ronaldonun mundialın ilk matçında Konqo qarşısında göstərdiyi performans ciddi tənqidlərə səbəb olmuşdu.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!