“Ronaldo Portuqaliyaya 3 böyük kubok qazandırıb” – Sabiq futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Ronaldo Portuqaliyaya 3 böyük kubok qazandırıb” – Sabiq futbolçu

İdman

22 İyun 2026 17:10 262


Portuqaliyalı sabiq futbolçu Simao Sabrosa Konqo ilə matçdan sonra Kriştianu Ronaldoya səsləndirilən iradlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Simao bir zamanlar seçmənin heyətində çiyin-çiyinə oynadığı 41 yaşlı super ulduzun ölkəsinə 3 böyük kubok qazandırdığını xatırladıb:

“Ronaldo əvəzsiz futbolçu, əsl kapitandır. Onun ünvanına səsləndirilən mənfi fikirləri anlaya bilmirəm. Krişti ölkəmizə 1 Avropa çempionluğu, 2 Millətlər Liqası kuboku gətirib. Vaxtilə Eusebiyo və Fiqo kimi ulduzlarımız buna yaxın olsa da, kuboklarımızı məhz Ronaldo qazandırıb. Millimizin heyəti olduqca güclüdür. Konqo ilə matçdakı səhvlərimizdən nəticə çıxarmalıyıq. Ronaldo Vasqo Da Qamadan sonra dünyanın gördüyü ən böyük portuqaldır”. Dominos pizza

Xatırlatma: mundialın ilk turunda Portuqaliya millisi Konqo seçməsi ilə 1-1 hesablı heç-heçəyə razılaşıb. Kriştianu Ronaldonun matç ərzində qaçırdığı real qol epizodları isə kəskin tənqidlərə tuş gəlib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!