Ronaldo “Yuventus”u önə çıxardı

Ronaldo “Yuventus”u önə çıxardı

İdman Veb saytların hazırlanması

28 Yanvar 2019 12:35 749


İtaliya A Seriyasının 21-ci tur oyunlarında “Yuventus” səfərdə “Latsio” komandasının qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, oyunun birinci hissədə heç bir komanda fərqlənə bilməyib. Fasilədən sonra isə “Latsio” 59-cu dəqiqədə önə keçib, künc ötürməsindən sonra top “Yuventus”un futbolçusu Emre Cana dəyərək qapıya daxil olub. “Yuventus” 74-cü dəqiqədə hesabı bərabərləşdirib. Juan Kanselo topu rəqibin qapısına göndərib. 

Matçın 88-ci dəqiqəsində hakim “Latsio”nun qapısına penalti təyin edib. Cərimə zəribəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib və hesab 1:2 olub.  Oyun bu hesabla da başa çatıb.

Turun digər oyunların aşağıdakı hesabla başa çatıb: 

“Sassuolo” – “Kalyari” – 3:0;

“Torino” – “İnter” – 1:0

“Sampdoriya” – “Udineze” – 4:0;

“Milan” – “Napoli” – 0:0;

“Kyevo” – “Fiorentino” – 3:4;

“Bolonya” – “Frosinone” – 0:4;

“Parma” – SPAL – 2:3.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!