Rövnəq Abdullayevin gəlininin xına mərasimi - Fotolar

Rövnəq Abdullayevin gəlininin xına mərasimi -
İyul 6, 2019
Oxunma sayı: 11028

SOCAR prezidenti Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına məclisi təşkil edilib.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, dünən R.Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub. “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.

Məlum olub ki, deputat Qənirə Paşayeva ilə qohum olan SOCAR prezidentinin gəlini üçün toydan əvvəl ərəbsayağı xına mərasimi təşkil olunub. Məclisi şairə Nazilə Səfərli aparıb. Renka isə məclisin əsas rəqqasəsi olub.

Məlumat üçün bildirək ki, dünən təntənəli məclisi estradamızın əsas ulduzları - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan aparıb. Həmçinin Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alıb.

Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub.

Qeyd edək ki, Rəşad Abdullayev Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.

Rövnəq Abdullayevin gəlininin xına mərasimi -
Rövnəq Abdullayevin gəlininin xına mərasimi -