Rövşən Əsgərov Rusiyada xarici agent elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Əsgərov Rusiyada xarici agent elan olundu

Dünya

09 Dekabr 2022 22:46 872


Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısına “The Bell” nəşrini əlavə edib. Onun bir sıra əməkdaşları reyestrdə ayrıca xarici agent kimi deyil, “iştirakçı” kimi qeyd olunub.

Reyestrə həmçinin “Dojd” telekanalının jurnalisti Mixail Fişman, ictimai xadim Rostislav Morquzalov və filosof Ruben Apresyan da daxil edilib.

Bununla yanaşı, xarici agentlərin siyahısını “Nə? Harada? Nə zaman?” oyununda ekspert olan Rövşən Əsgərovun adı salınıb. pizza

Qeyd edək ki, bu il mayın sonunda Moskvanın Basmannı məhkəməsi onu sosial şəbəkədə marşal Georgi Jukov haqqında mesaj dərc etdikdən sonra başlayan nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi həmyerlimizi axtarışa verib, lakin o bundan bir qədər öncə Rusiyanı tərk edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!