Röya Cennifer Lopesin ayaqqabısını geyindi...

saytların hazırlanması

Evə çatdırılma

Röya Cennifer Lopesin ayaqqabısını geyindi...

Şou

23 Fevral 2019 12:35 1227


Əməkdar artist Röya Ayxan "Versace Resort 2019" kolleksiyasından olan cins çəkmələri ilə diqqət çəkib.

Sözügedən çəkmə modelini keçən ilin sonlarından dünya ulduzu Cennifer Lopes geyinmişdi. Onun cins şalvar şəklində, yuxarı hissəsi kəmərli cins ayaqqabıları sosial şəbəkədə müzakirə olunmuşdu. "Versace Resort 2019" kolleksiyasından olan bahalı çəkmələr indi də əməkdar artist Röya Ayxanın qarderobuna yol tapıb. Ulduz cins çəkmələrdə olan fotoları instaqramda paylaşıb.

Qeyd edək ki, çəkmələrin dəyəri 1700 avrodur (təxminən 3300 manat). (publika.az) pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!