“Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan MTV telekanalında yayımlanan “10da görüşək” proqramının qonağı olan zaman deyib.
Röya illərdir küsülü olduğu Aygün Kazımovanı doğum günü münasibətilə təbrik edib: pizza mizza
"Ötən ay Aygün Kazımovanın ad günü oldu, onu təbrik edirəm. “İnstagram”da paylaşsaydım, qəribə baxacaqdılar. Ona görə də ən yaxşısı efirdən yeni yaşını təbrik edim. Ona çoxlu uğurlar arzulayıram".
O, sənətçi ilə qonşu olduğunu bildirib:
"Hər zaman məni dəstəkləyənlər olub. Səhvsiz insan olmur. Səhv insan üçündür. Ya yaxşısan, ya pissən. Sonradan pis olmursan. Bəzi məqamlar oradan-buradan edilir, o da zamanla düzəlir. Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq. İnanın ki, bir şey olsa, qapısını döysəm kömək edər".
Qeyd edək ki, bir neçə gün öncə Aygün Kazımova Röya ilə bağlı suala “Biz küsülü deyilik” -, deyə cavab vermişdi.
Xatırladaq ki, iki sənətçi arasında qalmaqal illər öncə baş verib. İddialara görə 2012-ci ildə müğənnilər aparıcı Kamilə Babayevanın toyunda dava ediblər. Sözügedən məclisdə Röya Aygünün saçından yapışıb onu vurmağa başlayıb. Həmçinin Aygün də Röyanın saçına əl atıb və iki tanınmış müğənni yüzlərlə qonağın gözləri qarşısında saçyoldusuna çıxıblar.
Telegram kanalımız