Xalq artisti Röya Ayxan uzun müddətdir küsülü olduğu iddia edilən keçmiş “W-trio” üzvləri Natavan Həbibi və Elnarə Xəlilovadan danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə estrada ulduzu “Günaydın Azərbaycan” verilişində açıqlama verib.
Röya deyib ki, həmkarları ilə küsülü deyil, sadəcə görüşə bilmirlər: pizza
“Dəfələrlə hesabını vermişəm ki, bir yerə düşmədiyimiz üçün sizi görmürəm. Ola bilər ki, arada yadımdan çıxırsız. Bu, normaldır. Sizin ailə üzvləriniz var. Mən isə bütün nəsil üçün bir dənəyəm.
Sən niyə küsürsən ki, xəstələnəndə yanına gəlmədim? Mən məni makiyaj edən, hər gün evə gəlib gedən adamlarla dostluq edirəm. Neçə ilə bundan əvvəl tədbirdə Hüseynlə Natavanı tanış etdim. Dedim, o sənin xalandır, danışmasaq da. Çünki səbəb yoxdur. Burada küsülülük deyil, ummaqdır. Düşünürəm ki, bu da yavaş-yavaş keçəcək. Kimisə görüb salma verməmək mənim qabımda yoxdur. Görürəm, bilirəm ki, mənə nifrət edir, yenə də salam verib gedirəm”.
Telegram kanalımız