Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rüfət “Şalke”də növbəti qolunu vurdu
14 Okt 2021 09:45
390

Rüfət “Şalke”də növbəti qolunu vurdu

Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin sabiq hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər