“Rus evi”,  “çoxsimalı” şəxslər... Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca

saytların hazırlanması

Evə çatdırılma

“Rus evi”, “çoxsimalı” şəxslər... Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca

Siyasət

26 Fevral 2025 09:38 1281


Ah, "Rus evi", sən elə çoxsimalısan.

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Tofiq Zülfüqarov yazıb.

Çoxsaylı şərhlər almış bu postda keçmiş XİN rəhbəri xələfinin ünvanına atmaca atıb: Toyuqlu pizza

"Dünən (fevralın 24-də - red.) gözlənilmədən ARB-24 məni E.Məmmədyarovla bir transmissiyada birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloqer, yutuber - red.) kanalında məni əvəz edəcək...

Ah, "Rus evi", sən elə çoxsimalısan"

T. Zülfüqarov bundan əvvəl G. Vasadze ilə təmaslarını kəsdiyini bildirib. Hətta bununla bağlı "Facebook" hesabında da məlumat yayıb. Lakin Elmar Məmmədyarovun ünvanına atmaca müxtəlif və fərqli şərhlərlə qarşılaşıb.

Əksəriyyəti maraqlandıran T.Zülfüqarovla E. Məmmədyarov arasından hansı "qara pişiy"in keçməsi olub.

Birinci şəxs bu suala cavabdan yayınıb.

Onun "Rus evi"ni niyə xatırlaması da aydın olmayıb. Lakin adı Rusiya casus şəbəkəsi ilə hallanmaqla gündəmdə olan "ev" və "çoxsimalı" ifadəsi E. Məmmədyarova qarşı çevrilmiş ittiham kimi qəbul olunub.

Şərhçilərdən biri soruşub: "Sizcə, onun (Məmmədyarov - red.) "Rus evi" ilə bağlı hadisələrə birbaşa və ya dolayı əlaqəsi varmı?"

Eks-nazirin cavabı konkret olub: "Bəli".

Xatırladaq ki, Tofiq Zülfüqarov 1998-99-cu illərdə, Elmar Məmmədyarov isə 2004-20-ci illərdə xarici işlər naziri vəzifəsini tutublar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!