“Rus hərbçiləri Svatovo istiqamətində müdafiə xətti qurmağa çalışırlar”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (ZSU) Şərq Qüvvələri Qrupunun sözçüsü Serhiy Çerevatı bildirib.
ZSU rəsmisi deyib: "Svatovo istiqamətində hücumu davam etdirdiyimiz üçün bu gün bizim artilleriya atəşimizlə oradakı 5 maşından ibarət karvan məhv edilib. Həmçinin, Luqansk vilayətinin Novoivanovka kəndində silah-sursat anbarı məhv edilib və ilkin məlumatlara görə, on nəfər "kadırovçu” adlanan bölmə məhv edilib. pizza sifarişi
Qeyd edim ki, orada düşmən müdafiə zolağı qurur, relyefdən və mühəndis vasitələrindən maksimum istifadə etməyə çalışır.Ona görə də biz indi ilk növbədə, artilleriya üzərində işləyirik ki, onların hücumlarını dəf edək”.
Çerevatının sözlərinə görə, Baxmut və Avdeyevka istiqamətində ruslar Ukrayna hərbçilərinin müdafiəsini yarmağa çalışsa da, uğur qazana bilməyiblər.
Xatırladaq ki, oktyabrın 21-də Serhiy Qayday bildirib ki, Luqansk vilayətində cəbhənin ən qaynar hissəsi rusların raket artilleriyasından atəşə tutduğu Svatovo yaxınlığındakı ərazi olaraq qalır.
Qaydayın dediyinə görə, Svatovo və Kremennaya yaxınlığındakı kiçik kəndlərdə ruslar bütün sakinləri qovub ərazidə öz qoşunlarını yerləşdiriblər.
Oktyabrın 24-nə olan məlumata görə isə ZSU rus hərbçilərini Luqansk vilayətində üç, Donetsk vilayətində isə bir yaşayış məntəqəsindən sıxışdırıb çıxara bilib.
Telegram kanalımız