Rus ordusunun gücü tükənir - “Bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək“

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusunun gücü tükənir - “Bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək“

Dünya

22 İyul 2022 15:02 952


Ukrayanadakı rus qüvvələrinin gücü tükəndiyindən, yaxın günlərdə işğala müəyyən bir müddət ara verməli olacaqlar. 

"AzPolitika.info" xəbər verir ki, bunu Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur ABŞ-da Aspen Təhlükəsizlik Forumunda çıxış edərkən deyib.

Riçard Mur bildirib ki, Rusiya Ukraynada strateji uğursuzluğa düçar olub: "Məlumdur ki, Rusiya son vaxtlar Ukraynada müəyyən qədər uğur qazana bilib. Lakin bu, çox kiçik qazanclardır. Bizim qiymətləndirmələrimizə əsasən, ruslar qarşıdakı həftələrdə təminat baxımından çətinlik çəkəcəklər. Ona görə də, müəyyən bir müddət Ukrayandakı hücumlara fasilə verməli olacaqlar". Dominos pizza

O, ələvə edib ki, bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək: "Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi hələ də yüksək səviyyədədir. Ukraynanın qələbəsi təbii olaraq, bütün Avropaya fayda gətirəcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!