Rus Pravoslav Kilsəsindən qadınlara “fətva”: “İşsiz ərinizi danlamayın”

saytların hazırlanması

Evə çatdırılma

Rus Pravoslav Kilsəsindən qadınlara “fətva”: “İşsiz ərinizi danlamayın”

Dünya

09 Avqust 2026 21:05 96


Rus Pravoslav Kilsəsi ailədə kişinin işsiz qalması ilə bağlı yaranan problemlərin qarşılıqlı ittihamlarla deyil, dialoq yolu ilə həll edilməsinə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, protoierey Batanogov qadınlara işsiz qalan ərlərini davamlı danlamamağı və təzyiq göstərməməyi tövsiyə edib.

Onun sözlərinə görə, iradlar və ittihamlar qarşı tərəfdə əsasən özünümüdafiə reaksiyası yaradır, bəzi hallarda isə cavab hücumuna və ailədaxili münaqişənin daha da kəskinləşməsinə gətirib çıxarır. Dördpendirli pizza

Din xadimi qeyd edib ki, kişinin işləməməsinin arxasında müxtəlif səbəblər, o cümlədən depressiya və ya xəstəlik dayana bilər. Buna görə də ilk növbədə problemin səbəbini müəyyənləşdirmək və çıxış yolunu birlikdə axtarmaq lazımdır.

Batanogov hesab edir ki, belə vəziyyətlərdə təzyiq və qarşılıqlı ittihamlar əvəzinə konstruktiv söhbət daha düzgün yanaşmadır./musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!