Rus qoşunları Dneprin sağ sahilindən tam çıxıb - Müdafiə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

Rus qoşunları Dneprin sağ sahilindən tam çıxıb - Müdafiə Nazirliyi

Dünya

11 Noyabr 2022 14:30 733


Rusiya Silahlı Qüvvələri qrupun Dnepr çayının sağ sahilindən köçürülməsini başa çatdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bütün rus hərbçiləri Dnepr çayının sol sahilinə keçiblər. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Dnepr çayının sol sahilinə keçid zamanı Rusiya qoşun qruplaşmasının şəxsi heyəti, silah-sursat, hərbi texnikası itkisi olmayıb. Toyuqlu pizza

Dnepr çayının sağ sahilində bir dənə də olsun hərbi texnika və silah qalmamışdı. RF Silahlı Qüvvələri Dnepr çayının sol sahilində mühəndislik baxımından əvvəlcədən hazırlanmış müdafiə xətlərini və mövqelərini tutdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!