Ermənistan və Rusiya müdafiə nazirlərinin müavinləri Karen Brutyan və Aleksandr Fomin iki ölkənin hərbi və hərbi-texniki əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Fomin və Brutyan regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Fomin və Brutyan arasında əvvəlki görüş 2022-ci ilin noyabr ayının əvvəlində baş tutub. Bundan sonra Ermənistan və Rusiyanın hərbi-texniki əməkdaşlığı hər iki ölkənin müdafiə idarələrinin nümayəndələrinin diqqət mərkəzində olub.
Telegram kanalımız