18 Avqust - 05:46
Rusiya 62 kanadalının ölkəyə girişinə qadağa qoydu

Rusiya 62 kanadalının ölkəyə girişinə qadağa qoydu

Dünya

06 Avqust 2022 09:58 505


Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanadanın Rusiya dövlət nümayəndələri, jurnalistlər, ekspertlər və Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Buna cavab olaraq 62 kanadalı sanksiya siyahısına salınıb və bu adların siyahısı dərc edilib.

Siyahıya Kanada Xarici İşlər Nazirliyi və Baş nazirlik rəsmiləri, həmçinin siyasi ekspertlər, incəsənət xadimləri və dini nümayəndələr daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!